Maliyyə Özəl

“Qala Sığorta” ASC Səhmdarlarının Ümumi Yığıncağının iclası çağrıldı

“Qala Sığorta” ASC Səhmdarlarının Ümumi Yığıncağının iclası çağrıldı

10.01.2025-ci il tarixdə, saat 12:00-da “Qala Sığorta” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, 221-ci məhəllə ünvanında yerləşən baş ofisində Cəmiyyətin Səhmdarlarının Ümumi Yığıncağının iclası çağrılıb.

Bu barədə Demokrat.az-a “Qala Sığorta” ASC-dən məlumat verilib.

Məlumata görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

“Qala Sığorta” ASC-nin 2025-ci il büdcəsinin təsdiq olunması barədə;

2024-cü ilin maliyyə hesabatları üzrə “Qala Sığorta” ASC-nin müstəqil auditorunun seçilməsi barədə;

“Qala Sığorta” ASC-nin Direktorlar Şurasının Əsasnaməsinə dəyişiklik edilməsi barədə;

“Qala Sığorta” ASC-nin İdarə Heyətinin Əsasnaməsinə dəyişiklik edilməsi barədə;

İclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə sair məsələlər barədə.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova