Kriminal

Sumqayıtda 40 yaşlı kişi kafedə dünyasını dəyişdi

Sumqayıtda 40 yaşlı kişi kafedə dünyasını dəyişdi

Sumqayıt şəhərində 40 yaşlı kişi kafedə ölüb.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazində yerləşən kafelərdən birində baş verib.

Bildirilib ki, kafedə halı qəfil pisləşən 1984-ci il təvəllüdlü Anar İlham oğlu Mustafayev orada keçinib. Onun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova