Dünya Özəl

Makron Avropanı öz təhlükəsizliyini ABŞ-a həvalə etməməyə çağırıb

Makron Avropanı öz təhlükəsizliyini ABŞ-a həvalə etməməyə çağırıb

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa təhlükəsizlik məsələlərini ABŞ-a həvalə etməyi dayandırmalıdır.

Demokrat.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.

“NATO , əlbəttə ki, əsas rol oynayır və NATO daxilində biz avropalılar öz rolumuzu oynamaq istəyirik. Lakin biz strateji oyanış üçün məsuliyyəti öz üzərimizə götürməliyik. Təhlükəsizliyimizi əbədi olaraq amerikalılara həvalə etməməliyik”, - deyə Makron bildirib.

Bir gün əvvəl Emmanuel Makron bildirib ki, Paris və Berlin Donald Trampın ABŞ seçkilərindəkiqələbəsindən sonra daha birləşmiş, daha güclü və suveren Avropa yaratmaq üçün çalışacaqlar.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova