İqtisadiyyat

“Burada “Yaşıl inqilab” baş verir…” — 22 milyon izləyicisi olan amerkialı bloqer Bakıda

“Burada “Yaşıl inqilab” baş verir…” — 22 milyon izləyicisi olan amerkialı bloqer Bakıda

Dünyanın müxtəlif ölkələrindən maraqlı paylaşımları ilə tanınan və “YouTube”da 22 milyon abunəçisi olan məşhur amerikalı bloqer “Nas Daily” Azərbaycandan videoçarx hazırlayıb.

Demokrat.az Azpost.info-ya istinadən xəbər verir ki, “ilk neft ölkəsi yaşıllaşır” başlığı ilə Azərbaycanın COP29 -la bağlı gördüyü işləri qeyd edib.

O. Qaradağda tikilən günəş enerjisi stansiyasında olub, “yaşıl enerji” mesajlarını qeyd edib: “Yaşıl inqilab” rəsmən hər yerdədir. Neft istehsal edən ilk ölkə olan Azərbaycandan yenicə qayıtdım. Onlar BƏƏ ilə əməkdaşlıq edərək ən böyük günəş enerjisi parkını açdılar. Dünyanı belə dəyişirik”-deyə bloger bildirib.

NE
Nihadə Eyyubova