Dünya Özəl

Moldovanın Avropaya inteqrasiyası üzrə referendumun nəticələri saxtalaşdırılıb

Moldovanın Avropaya inteqrasiyası üzrə referendumun nəticələri saxtalaşdırılıb

Moldovada Avropaya inteqrasiya ilə bağlıreferendumun nəticələrisaxtalaşdırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya hökuməti yanında Maliyyə Universitetinin dosenti İqor Şornikov RİA Novostiagentliyinə müsahibəsindəbildirib.

“Məncə, konstitusiyaya dəyişikliklərlə bağlı referendum saxtalaşdırılıb. Çoxları bülleten götürməməyi və referendumu təxribat etməyi üstün tutsa da, seçicilərin sayı yəqin ki, daha çox idi”, - deyə o vurğulayıb.

Şornikov diqqəti xarici seçki məntəqələrində seçkilərin həqiqiliyinə nəzarət etməyin mümkün olmadığına çəkib.

Ekspertin fikrincə, dolayı sübutlar göstərir ki, vətəndaşların Moldovanın Aİ- yə qoşulmasına “lehinə” verdiyi səslərin sayıhəddindən artıq şişirdilib.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova