Yeni Zellandiyadahava limanı ilə bağlı maraqlı qərar verilib.
Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, hava limanına gələn sərnişinlərə öz yaxınları ilə görüşüb-qucaqlaşmaq üçün üç dəqiqəlik məhdudiyyət qoyulacaq.
Terminalın sərnişinlərin keçidi bölməsində yerləşdirilən xəbərdarlıqda deyilir: "Daha sevgi dolu vidalar üçün parkinqdən istifadə edin".
Bu məhdudiyyətbütün dünyadamübahisələrə səbəb olub.
Bəzi sosial media istifadəçiləri bu qərarı tənqid edərək "Qucaqlaşmağa vaxt məhdudiyyəti qoya bilməzsiniz" deyiblər.
Jalə Demokrat.az


