Dünya

İki il yarım sonra ilk dəfə telefonla danışdılar

İki il yarım sonra ilk dəfə telefonla danışdılar

Serbiya Prezidenti Aleksandr Vuçiç və Rusiya lideri Vladimir Putin 29 may 2022-ci ildən bəri ilk dəfə telefonla danışıblar.

Demokrat.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Söhbət zamanı əsas ikitərəfli məsələlər, o cümlədən iqtisadi aspektlər müzakirə olunub.

O, Serbiyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən yayınmağa davam edəcəyinə əminliyini ifadə edib.

Vuçiç Rusiyanın BMT-də Serbiyanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə dəstəyini qeyd edib.

NE
Nihadə Eyyubova