Ukrayna dünyada vəziyyətin pisləşməsinə baxmayaraq, Fransa və onun müttəfiqləri üçün prioritetdir və belə də qalacaq.
Demokrat.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ilə birgə mətbuat konfransında deyib.
Oktyabrın 19-da Barro Ukraynaya rəsmi səfərə gəlib.
Barrot həmçinin bildirib ki, Fransa hazırda Ukraynanı Şimali Atlantika Alyansına dəvət etmək ideyasına “açıqdır”və təşkilatdakı tərəfdaşları ilə müvafiq müzakirələr aparır.
Oktyabrın 18-də Avropa məsələləri üzrə nazir-nümayəndə Benjamin Haddad Parisien qəzetinə müsahibəsində bildirib ki, Fransa öz tərəfdaşlarını Ukraynanı NATO-ya indi dəvət etməyin zəruriliyinə inandırmağa çalışır.
Mehriban Mirzəzadə Demokrat.az


