Azərbaycanda süni intellekt strategiyası hazırlanıb. Növbəti üç il ərzində bu istiqamətdə 50 faiz artım planlaşdırIır.
Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq. Yenilik ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov Demokrat.az-a danışıb.

"Digər sahələrdə də eyni təcrübə izlənməlidir"
"Biz əgər baza qurmadan tədris prosesinə başlasaq, bizim müəllimlərimiz başqa yerlərdən kopyalayıb, köçürməklə tədris materialı hazırlamağa çalışacaqlar. Bu isə müsbət nətivə verməyəcək. Xüsusilə buna diqqət yetirmək lazımdır ki, elmi baza qurulmalıdır. Digər sahələrdə də eyni təcrübə izlənməlidir. Əvvəlcə elmi, fiziki infrastruktur sonra fənnin tədrisi gəlməlidir".
Mehriban Mirzəzadə Demokrat.az


