Dünya

Putin İlham Əliyev və Paşinyanla görüşəcək

Putin İlham Əliyev və Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrı görüşlər keçirəcək.

Demokrat.az-ın məlumatına görə, Rusiya lideri İlham Əliyev və Nikol Paşinyanla ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Görüşlərin gündəliyində Bakı və İrəvan arasında münasibətlərin üçtərəfli sazişlər əsasında tənzimlənməsi məsələsi var.

Üçtərəfli görüşün keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.

NE
Nihadə Eyyubova