Gündəm Özəl

"Hesab edirəm ki, hakimlər üçün test imtahanları..." — Hüquqşunas

Hesab edirəm ki, hakimlər üçün test imtahanları... — Hüquqşunas

Xəbər verdiyimiz kimi,hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla, üç mərhələdən ibarət olacaq.

Eyni zamanda ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyin olunduqdan dərhal sonra təlimə cəlb ediləcəklər.

Məsələylə bağlı Demokrat.az-ahüquqşünas İradə Cavadova danışıb:

"Müsahibənin konkret məqsədi ilə bağlı heç bir məlumatım yoxdur. Əgər həmin hakimin psixoloji vəziyyəti, insanlığı və yaxud başqa cəhətləri nəzərdə tutulubsa, bunun üçün müxtəlif tibbi arayışlar var. Hesab edirəm ki, şifahi müsahibə qərəzli də ola bilər. Kimlərsə test imtahanından keçər, müsahibədə istənilən xoşagəlməyən sual və ya cavabın qanedici olub-olmaması da təsir edə bilər. Çünki müsahibə zamanı suallar test kimi deyil. Yəni kim cavabı necə qəbul edəcəksə, o cür də təyin ediləcək. Ona görə də bu müsahibəyə müsbət baxmıram. Hesab edirəm ki, hakimlər üçün psixoloji durumun, digər məsələlərin qiymətləndirilməsində test imtahanlarının verilməsi daha məqsədəuyğun olardı. Yaxud müsahibə keçilirsə,bu suallar konkret nəyəsə yönəlməli və kriteryalar hamı üçün eyni olmalıdır”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova