Hadisə Özəl

Sumqayıtda gənc oğlan amansızlıqla qətlə yetirildi

Sumqayıtda gənc oğlan amansızlıqla qətlə yetirildi

Sumqayıt şəhərində 29 yaşlı gənc bıçaqlanaraq öldürməkdə təqsirli bilinən Nüsrət Həsənəlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Fəhmin Hümbətovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 9-a təyin olunub.

Qeyd edək ki, qətl hadisəsi Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində Səməd Vurğun küçəsində qeydə alınıb.

Araşdırma zamanı məlum olub ki, hadisə gecə saat 2 radələrində baş verib. Öldürülən Nicat Bayramov, Sumqayıtda 34-cü məhəllədə yaşayır və avtosalonların birində çalışırmış. Hadisə baş verən kafeyə elə iş yoldaşı ilə birlikdə gedib. İddia olunur ki, Nicat Bayramov Nüsrət Həsənəli ilə kafedə mübahisə edib və hadisə də bundan sonra baş verib.

25 yaşlı Nüsrət Həsənəlilinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Nicat Bayramovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq orqanı tərəfindən Nüsrət Həsənəlinin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova