Sentyabr ayının 26-da Bakı vaxtilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın görüşü planlaşdırılır. Bu görüşün təşəbbüskarı ABŞ-ın dövlət katibi Antonio Blinkendir. Görüşün əsas məqsədi sülh müqaviləsi ilə bağlı müzakirələrdir.Biz Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik. Onu 5 baza prinsipində Ermənistana təqdim etmişik. Eyni zamanda, 10 dəfə təkliflər mübadiləsi aparılıb. Həmçinin Azərbaycan sülh müqaviləsinin layihəsini də Ermənistana təqdim edib. Amma qarşılığında isə biz Ermənistan tərəfindən heç bir konkret konstruktiv mövqe görmürük.
Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Azərbaycanın mövqeyi bəllidir:
Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldur. Ermənistanın Baş naziri Nikol Paşinyan deyir ki, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır və 80%lik məsələlər razılaşdırılıb. Sual yaranır: Bəs, 20%-lik həllini tapmayan məsələlərin mötərizədə saxlamaq niyyətiniz nədir? Həmin məsələlər nə zaman həll olacaq? Gələcək münaqişələrin altına mina qoymaq taktikasını tətbiq edirsiniz? Ya da ATƏT-in Minsk qrupunu eyni məqsəd üçün qoruyub saxlayırsınız ki, həmin 20%-lik məsələnin həlli üçün onları yenidən dəvət edəsinişkz? Digər reallıq isə Ermənistanın hücum silahları ilə silahlanmasıdır. Fransa,Yunanıstan, Kipr, Hindistan, potensial olaraq Cənubi Koreya və Yaponiya Ermənistanı silahlandırır. Belə olan vəziyyətdə isə sülhdən söz gedə bilməz. Azərbaycanın mövqeyi bəllidir. Ermənistan referenduma getməlidir. Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Ən əsas da Ermənistan revanşizmə son qoymalıdır. Revanşizm ilə sülh müqaviləsi ilə bağlı danışıqlar bir-birinə ziddir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yəqin ki, bütün bu məsələləri bir daha Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşündə onun nəzərinə çatdıracaq”.
Mehriban Mirzəzadə Demokrat.az


