ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-da səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Trampın seçki kampaniyasının rəsmisi açıqlama verib.
O, yaxın günlərdə heç bir görüşün planlaşdırılmadığını deyib.
Xatırladaq ki, Tramp ötən həftə ABŞ-a səfəri zamanı Zelenski ilə “yəqin ki, görüşəcəyəm” demişdi.
Mehriban Mirzəzadə Demokrat.az


