Avto

"Lada" qiymətinə "Ferrari" satılır— FOTOLAR

Lada qiymətinə Ferrari satılır— FOTOLAR

Avtomobillərin yüksək detallılığa malik kiçikmiqyaslı modelləri ilə tanınan Britaniyanın "Amalgam" şirkəti "Ferrari 12Cilindri"nin belə nümunəsinitəqdim edib.

Modern.azxəbər verir ki, model 1:8 miqyasında hazırlanıb və qiyməti 18,2 min dollardan başlayır.

Müqayisə üçün qeyd etmək olar ki, bu məbləğə 2yeni gerçək "Lada Granta" sedanı, avtomatik transmissiya ilə "orta" konfiqurasiyada "Lada Vesta" sedanı almaq olar.

Şirkət modeli hazırlamağa 3000 saatdan çox vaxt sərf etdiyini bildirib. Hər bir avtomobilin yığılması 300 saatdan çox vaxt aparır. “Oyuncaq Ferrari”nin yaradıcıları oturacaqlardakı tikişlərə qədər eksteryer və interyer üzərində çox təfərrüatlı işləyiblər. Model standart olaraq qırmızı (Rosso Imola) və tünd mavi (Blu Sterling) daxili bəzəklərlə təchiz edilib.

"Amalgam" cəmi 199 "Ferrari 12Cilindri" kupesi və 199 "Rodster" istehsal edəcək. Şirkət modeli fərdiləşdirməklə də dəyişikliklər edə bilər, lakin belə olan haldaqiymət25,5 min dollar olacaq.

Lada qiymətinə Ferrari satılır— FOTOLAR

Lada qiymətinə Ferrari satılır— FOTOLAR

NE
Nihadə Eyyubova