Hadisə

Şərurda yeniyetmə turşudan zəhərlənərək öldü

Şərurda yeniyetmə turşudan zəhərlənərək öldü

Şərur sakini turşudan zəhərlənərək dünyasını dəyişib.

Demokrat.azxəbər verir ki, hadisə Şərur rayonunun Kürkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konserviləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib.

Səhhəti pisləşən Ələkbərova Gülnaz Cəmil qızı xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, o dünyasını dəyişib.

Faktla bağlı Şərur rayon Prokrorluğunda araşdırma aparılır.

D
demokrat.az