Hadisə

Sumqayıt-Bakı qatarında yenidən texniki nasazlıq yarandı

Sumqayıt-Bakı qatarında yenidən texniki nasazlıq yarandı

Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn elektrik qatarında texniki nasazlıq qeydə alınıb.

Demokrat.az xəbər verir ki, saat 06:50-də Sumqayıt Dəmiryol Stansiyasından hərəkətə başlayan qatar 07:42-də son ünvana çatmalı idi.

Lakin qatar Zabrat-2 və Zabrat-1 stansiyasıları arasında dayanaraq ləngiyib. Maşinist sərnişinlərə qatarda texniki nasazlığın olduğunu bildirib.

Xatırladaq ki, analoji hadisə dünən də baş vermişdi.

NE
Nihadə Eyyubova