Sumqayıt-Bakı qatarında nə baş verdi? — qatar 07:44-də...

SOSİAL 20 sentyabr 2024, 08:38
Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn elektrik qatarında texniki nasazlıq qeydə alınıb.

Demokrat.az xəbər verir ki, saat 07:15-də Sumqayıt Dəmiryol Stansiyasından hərəkətə başlayan qatar 08:07-də son ünvana çatmalı idi.

Lakin qatar 07:44-də Zabrat-2 stansiyasında ləngiyib. Bələdçi sərnişinlərə qatarda texniki nasazlığın olduğunu bildirib. vakansiyalar

Sərnişinlərdən saytımıza verilən məlumata görə, qatar hələ də Bakı Dəmiryol Stansiyasına çatmayıb.

Onlar bildiriblər ki, qatarın vaqonlarından birinin qapıları açılmayıb, bu da sərnişinlərin qatara minib düşməsində çətinliklərə və vaxt itkisinə səbəb olub.
Ətraflı
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 sentyabr 2024, 13:22
Top