Dünya

Rəisiyə görə təbrizli tələbə cəzalandırıldı

Rəisiyə görə təbrizli tələbə cəzalandırıldı

Təbriz Universitetinin tələbəsi Sədəf Heydəri bundan əvvəl may ayının 20-də İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı etdiyi paylaşımına görə təhsildən 2 semestr uzaqlaşdırılıb.

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Bununla yanaşı, xanım tələbə universitet rəhbərliyinin göstərişi ilə yataqxanadan da çıxarılıb.

Qeyd edək ki, Sədəf Əkbəri bundan əvvəl 2022-ci ilin sentyabr etirazlarında da təzyiqlərə məruz qalıb və həbs edilib. (Axar.az)

NE
Nihadə Eyyubova