Dünya

Məşhur telejurnalist Nikolay Svanidze vəfat etdi

Məşhur telejurnalist Nikolay Svanidze vəfat etdi

Məşhur jurnalist Nikolay Svanidze çərşənbə günü axşam Moskvada vəfat edib.

Demokrat.az mk.ru-ya istinadən xəbər verir ki, Nikolay Karloviç Marşal Vasilevski küçəsindəki mənzilində dünyasını dəyişib. Onun 69 yaşı var idi.

Svanidze ictimai-siyasi verilişlərin teleaparıcısı olub, bir müddət Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin sədri vəzifəsində çalışıb.

Son illərdə Nikolay Svanidze ağır xəstə idi. Ona beyin işemiyası diaqnozu qoyulub.

NE
Nihadə Eyyubova