Gündəm Özəl

Çətin olsa da mərhələli şəkildə sıxlığın qarşısını ala bilərik — Ekspert

Çətin olsa da mərhələli şəkildə sıxlığın qarşısını ala bilərik — Ekspert

Gördüyünüz kimi, Bakı şəhərinin özünün zəngin, mədəni həyatı var. Hər gün Bakıda demək olar ki, bir tədbir keçirilir. İqtisadi cəhətdən Azərbaycan iqtisadiyyatının yarısı Bakıda cəmlənib. İri paytaxt və sənaye şəhəridir. Həmçinin turistik şəhərdir. Bakının əhalisi 5 milyondan artıqdır. Avtomobil sayı əhali sayına nisbətən çox da olmasa, yol infrastrukturu o qədərdə qənaətbəxş deyil.

Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. O bildirib ki, bunlar hamısı sıxlığın yaranmasına və tıxacın çoxalmasına səbəb olur:

“Çətin olsa da, mərhələli şəkildə biz Bakı şəhərindəki sıxlığı aradan qaldıra bilərik. Söhbət Bakının mərkəzi küçələrindən gedir. Bunun üçün kütləvi tədbirlərdən bir hissəsini Bakı şəhərindən kənara çıxarmaq olar, orada keçirmək olar. Daha sonra Azərbaycanın səfalı guşələrində akadem şəhər təşkil etmək olar. Qəbələdə, Lənkəranda, Gəncədə təxminən 100 min əhalisi olan tələbə və müəllimlərdən ibarət akadem şəhər təşkil etmək olar. Bütün Universitetləri şəhər ətrafına həmin o ərazilərə köçürmək olar. Bizdən qat-qat iqtisadiyyatı zəif olan ölkələrin hər birində belə akadem şəhərlər mövcuddur. Bu zaman müəllim də, tələbə də tədrisı və təhsilə fokslanır. Bu hal isə öz-özlüyündə müsbət təsirlər bağışlayır. Yəni bu imkanlar yaradılarsa, tıxacın qarşısı alına bilər”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova