Dünya Özəl

Billström də istefa verir

Billström də istefa verir

İsveçin xarici işlər naziri Tobias Billström gələn həftə tutduğu vəzifədən istefa verəcəyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə o sosial media hesabından verdiyi açıqlamada deyib.

"Kədər və qürur hissi ilə mən bu gün baş nazirə gələn həftə parlamentin açılışında xarici işlər naziri vəzifəsindən istefa verəcəyimi bildirirəm”, - deyə o qeyd edib.

Billström son 25 ildə 10-u nazir olmaqla, fərqli vəzifələr daşıdığını ifadə edərək:

“Mən çox xoşbəxtəm və bu iki il ərzində əldə etdiklərimizlə fəxr edirəm. İlk növbədə, uzun və bəzən çətin prosesdən sonra İsveç nəhayət NATO-ya daxil oldu”, - deyə o əlavə edib.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova