Region

“Biz səmimiyik...” — Ərdoğan

“Biz səmimiyik...” — Ərdoğan

“Hazırda yeni konstitusiyanın qəbuluna mane olan əsas məsələ qərəzdir. Müxalifət bu prosesə mane olur”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “2024-2025-ci Məhkəmə ilinin açılış mərasimi”ndə çıxışı zamanı deyib.

O bildirib ki, yeni konstitusiyaya ehtiyac var: “İnanıram ki, bu prosesin öhdəsindən gələ bilə biləcəyik. Türkiyə demokratiyası yeni konstitusiyanın qəbulunu təmin edə bilər”.

Türkiyə liderinin sözlərinə görə, mövcud konstitusiyanın aradan qalxmasının vaxtı çatıb: “Hesab edirik ki, Türkiyənin mövcud konstitusiyadan qurtulmasının vaxtı çatıb. Ölkəmizi gələcəyə aparacaq konstitusiya qəbul olunacaq. Biz bu məsələdə səmimi və qətiyyətliyik”.(qafqazinfo.az)

NE
Nihadə Eyyubova