Ukrayna hərbi-sənaye kompleksini inkişaf etdirməyə davam edir və artıq ilk ballistik raketini yaradıb.
Demokrat.az xəbər verir ki, bunu Ukrayna Prezident Vladimir Zelenski deyib.
“Mən fikirləşdim ki, bu barədə danışmaq hələ tezdir. Amma qeyd edim ki, ilk Ukrayna ballistik raketinin sınağı uğurla keçdi”.
Ukrayna Prezidenti, həmçinin “Palyanitsa” dron-raketini xatırladıb və onun çox ciddi vasitə olduğunu qeyd edib.
Bildirilir ki, böyük ölçülü "Palyanitsa" dron-raketi uzaq məsafələrə uçmaq qabiliyyətinə malikdir. Eyni zamanda hədəfləri havada vurmağa imkan verir.
Qeyd edək ki, Zelenski raket haqqında əlavə məlumat vermək istəməyib.
Mehriban Mirzəzadə Demokrat.az


