Dünya Özəl

Fələstin BRİKS-ə qoşulmaq üçün müraciət göndərəcək

Fələstin BRİKS-ə qoşulmaq üçün müraciət göndərəcək

Fələstin BRİKS-ə üzv olmaq üçün oktyabr ayında Kazanda keçiriləcək sammitdən sonra müraciət edəcək.

Demokrat.az xəbər verir ki, bunu Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl mətbuat konfransında deyib.

“Sammitdə ilk iştirakımızdan sonra biz bu assosiasiyaya qoşulmaq üçün müraciət göndərəcəyik və Rusiya Prezidenti Vladimir Putin söz verdi ki, sessiya bütünlüklə Fələstinə həsr olunacaq, ona görə də bu sammitdən ən müsbət gözləntilərimiz var”,-deyə o bildirib.

Səfir əlavə edib ki, Fələstinin bu sammitə dəvət edilməsi müsbət mesajdırvə Fələstin xalqına dəstək əlamətidir:

“Bu dəvət Qəzza zolağında törədilən bütün cinayətlərə, qətllərə və dağıntılara baxmayaraq, Fələstinin hələ də yaşamaq və inkişaf etmək istədiyi mesajımızdır”, - deyə Nofəl yekunlaşdırıb.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova