Hadisə

Dənizdə batan Kənan Qurbanov skripka ifaçısı imiş

Dənizdə batan Kənan Qurbanov skripka ifaçısı imiş

Pirşağıda dənizdə batan şəxslə bağlı bəzi detallar məlum olub.

Demokrat.azOxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, 1997-ci il təvəllüdlü Kənan Vaqif oğlu Qurbanov avqustun 19-u ailəsi ilə istirahət məqsədilə Pirşağı çimərliyinə gedib. Ailəsi onun itkin düşdüyünü axşamüstü öyrənib və dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına məlumat veriblər.

Qeyd edək ki, Kənan Qurbanov subay olub və skripka ifaçısı idi.

NE
Nihadə Eyyubova