Mağazadan alınan şokoladın istehlak üçün yararsız olduğu iddial olunur.
Demokrat.az “tribunainfo”ya istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.
Qeyd olunur ki, kilosu 22 manat olan və endirimə düşən şokoladın içindən qurd çıxıb.
Qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib.
O qeyd edib ki, hər bir məhsulun saxlanma şəraitinə diqqət edilməlidir:
“Şokoladlar nisbi rütubət yüksək olanda və isti temperaturda qalanda əriyir. Quru, nəmişlik olmayan yerdə, 15-18 dərəcə temperaturda saxlanılmalıdır. Mağazalarda çox vaxt vitrinlərdə aylarla, illərlə şokoladlar qalır, nəmişlik olur, bu zaman da kiflənmə başlayır, məhsul qurd salır.
Sosial şəbəkələrdə də yeni trend yaranıb, hər şeyi çəkib xarab olduğunu deyirlər. Düzdür, belə hallar olur, amma reklam,layk xətrinə yalan məlumatlar da paylaşılır.
Düzünü bilmək üçün AQTA ilə əlaqə saxlamaq lazımdır, həmin şokolad və ya digər bir məhsul nümunə kimi quruma təqdim olunmalıdır. AQTA artıq məsələ ilə bağlı ölçü götürəcək. Yoxsa ki, məhsulun içinə qurd atıb deyirlər ki, içindən qurd çıxdı”.
Törə Zeynallı Demokrat.az


