Kriminal Özəl

Bakıda qətl törədən 18 yaşlı oğlanın məhkəməsi başlayır

Bakıda qətl törədən 18 yaşlı oğlanın məhkəməsi başlayır

Bakının Qaradağ rayonunda tanışını öldürməkdə təqsirləndirilən Məzahir Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az xəbər verir ki, cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, bu ilin artın 6-da saat 00:15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məzahir Bayramovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az