Dünya

Ukrayna Kurskda körpünü dağıtdı, 700 rus əsgəri mühasirəyə düşdü

Ukrayna Kurskda körpünü dağıtdı, 700 rus əsgəri mühasirəyə düşdü

Ukrayna silahlı qüvvələri Kursk rayonunda dəqiq artilleriya zərbələri ilə Qluşkovo yaxınlığında Seym çayı üzərində yerləşən körpünü dağıdıblar.

Körpünün dağıdılması ilə bağlı məlumatı Kursk vilayətinin qubernatoru səlahiyyətlərini icra edən müşaviri Roman Alexin təsdiqləyib.

Qluşkovski rayonunun bir hissəsi ilə əlaqə kəsilib – Bunlar Tyotkino, Popovo-Lejaçi, Volfino və təxminən 27 digər yaşayış məntəqəsidir.

Qluşkovski rayonunda logistika bu körpüdən keçən yeganə 38K-040 yolda həyata keçirilir. Körpünün dağıdılması bu ərazidə rus qoşunlarının maddi-texniki təminatını xeyli pisləşdirəcək. Həmçinin hərbi müxbirlər 700 rus əsgərinin mühasirəyə alındığını yazır. (azpost.info)

NE
Nihadə Eyyubova