Dünya

Kursk vilayətində 2 minə yaxın rusiyalı əsgər əsir düşüb

Kursk vilayətində 2 minə yaxın rusiyalı əsgər əsir düşüb

Rusiyanın Kursk vilayətində keçirilən əməliyyat zamanı Ukrayna hərbçiləri 2000-ə yaxın rusiyalı əsgəri əsir götürüb.

Demokrat.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Adı açıqlanmayan ukraynalı polkovnikin sözlərinə görə, 2000-ə yaxın rusiyalı əsgər əsir götürülüb.

“Bu, dəqiq məlumat deyil, lakin foto və videolar Kursk vilayətində çoxlu sayda rusiyalının əsir götürüldüyünü göstərir”, - nəşr bildirib.

Qeyd olunub ki, Ukrayna hərbçiləri rusiyalı əsgərləri mülki şəxslərlə dəyişməyi planlaşdırır.

NE
Nihadə Eyyubova