Dünya Özəl

Bu ölkə İsrailə 20 milyardlıq silah satacaq

Bu ölkə İsrailə 20 milyardlıq silah satacaq

ABŞ administrasiyası İsrailə ümumi dəyəri 20 milyard dolları keçən yeni silahların satışını təsdiqləyib.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyi, ABŞ dövlət katibi Antoni Blinkenin döyüş təyyarələri də daxil olmaqla 20 milyard dollarlıq silah satışına icazə verdiyini açıqlayıb.

Nazirlikdən bildirib ki, satışa icazə verilən silahlar arasında təxminən 19 milyard dollar dəyərində F-15 reaktiv təyyarələri və avadanlıq, təxminən 774 milyon dollar dəyərində tank sursatları və 583 milyon dollar dəyərində hərbi maşınlar var.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi təsdiq bildirişində, silah satışının İsrailin hazırkı və gələcək düşmən təhdidlərinə qarşı durmaq qabiliyyətini artıracağı qeyd edilib.

Mehriban Mirzəzadə Demokrat.az

D
demokrat.az