Məşhur türkiyəli aktrisa Müjde Uzmanın vəziyyəti pisləşib.
Demokrat.az xəbər verir ki, bu barədə sənətçi özü paylaşım edib.
O, xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Sosial media hesabında xəstəxanadan şəklini izləyiciləri ilə bölüşən Müjde Uzman İzmirin Çeşmə rayonunda astma tutması keçirdiyini bildirib.
Xatırladaq ki, Müjde Uzman reytinq rekordları qıran "Kızılcık Şerbeti" serialında canlandırdığı Alev obrazı ilə daha da məşhurlaşıb. Lakin bir neçə ay əvvəl o, tükənmişlik sindromuna tutulduğunu açıqlayaraq serialdan çıxıb.


