Braziliyanın Vinhedo bələdiyyəsində 68 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb.
Bu barədə "Globo" telekanalı məlumat yayıb.
"Voepass Linhas Aéreas" aviaşirkətinin məlumatına görə, bu, Kaskavel şəhərindən Quarulhosa uçan ATR-72 sərnişin təyyarəsidir.
Həlak olanlar və yaralananlar barədə hələlik məlumat yoxdur.
Braziliya hava limanının rəhbərliyi təyyarənin qəzaya uğraması ilə bağlı məlumatı hələlik təsdiqləməyib.(oxu.az)


