Gündəm Özəl

Avtobuslara xüsusi kameralar quraşdırılacaq — AÇIQLAMA

Avtobuslara xüsusi kameralar quraşdırılacaq — AÇIQLAMA

Yollarda kameraların quraşdırılması ilə bağlı proses davam edir. DİN tərəfindən ən müasir kameralar quraşdırılır, köhnə kameralar isə yenilənir.

Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu istiqamətdə müəyyən işlər görülür:

Avtobuslara xüsusi kameralar quraşdırılacaq — AÇIQLAMA
“Amma ümumi olaraq, şəhərin hər nöqtəsini kamerayla təmin etmək mümkün deyil. Bu bir az çətin prosesdir. Ancaq bildiyim qədərilə bu yaxınlarda avtobusların özlərində kameraların quraşdırılması nəzərdə tutulur ki, zolağa daxil olan nəqliyyat vasitələrini avtobuslar özü aşkar edəcək və belə olan halda da onlar məlumatı birbaşa informasiya sisteminə ötürməklə həmin sürücülərin cəzalanmasına kömək edəcəklər. Bu qanunda nəzərdə tutulan bir haldır. Çünki rəsmi qaydada qurulur. Yaxın zamanlarda avtobus zolağının digər nəqliyyat vasitələrindən qorumaq üçün yalnız bu keçid təmin olunmaqla mümkün olacaq. Yəni kameralar avtobusda olandan sonra qayda pozan sürücüləri aşkarlamaq daha asan və rahat olacaq. Yalnız bu vasitə ilə həmin sürücülərə təsir etmək mümkün olacaq”.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova