Azərbaycan təhsil ictimaiyyətinə ağır itki üz verib.
Belə ki, uzun illər təhsil sahəsində səmərəli fəaliyyəti ilə sevilən, ömrünün 40 ilini Masallı rayonunun Səməd Vurğun adına Türkoba kənd orta məktəbində gənc nəslin təlim-tərbiyəsinə həsr edən, peşəkarlığı, dürüstlüyü, yüksək insani keyfiyyətləri ilə fərqlənən, əsl ziyalı, Azərbaycan Respublikasının əməkdar müəllimi Qurban Gülağa oğlu Qurbanov vəfat edib.
Uca yaradandan Böyük Pedaqoq - Qurban müəllimə rəhmət, ailə üzvlərinə və yaxınlarına səbr diləyirəm.
Allah rəhmət eləsin!
Hacı Saleh Ağayev


