Son zamanlar xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin ölüm sayı daha çox artıb.
Bu sözləri Demokrat.az-a açıqlamasında həkim Şahvələd Məmmədov deyib. O bildirib ki, daha çox ölüm hallarının nə ilə bağlı olmasına cavab vermək mümkünsüzdür:

“Yəni hansı ölümlərin sayı çoxalıb bunu demək olmur. Ölümlərin müxtəlif növləri var. Qəfləti ölümlər və yaxud da xroniki xəstəlik fonunda əmələ gələn ölümlər. Nəzərə alsaq ki, biz pandemiyanı yaşadıq, üç ilə kimi pandemiya dövründə insanların virusa yoluxması fonunda əksər insanların immun sistemində dəyişikliklər oldu. Buna görə də, ağır xroniki xəstəlikləri olan insanlar təbii ki, uzun sürən xəstəlikdən tez vəfat elədilər. İkincisi, qəfləti ölümlər ancaq böyük damar sisteminə bağlı olan ölümlərdir. Əsasən beyin qan dövranı pozğunluğu, ürək qan-damar sistemi, yəni kəskin miokard infarktına, beyin qanamasına bağlı ölüm halları son vaxtlar çoxalıb"
Mehriban Mirzəzadə Demokrat.az


