Avstriyada amerikalı müğənni Taylor Sviftin konsertinə terror hücumu planlaşdırdığı iddiasına görə onun üç konserti ləğv edilib.
Demokrat.az xəbər verir ki, bu barədə “Cumhuriyyət” qəzeti məlumat yayıb.
Məlumata görə, Avstriyanın İctimai Təhlükəsizlik Baş direktoru Franz Ruf keçirdiyi mətbuat konfransında İŞİD-lə əlaqəsi olan 19 yaşlı şübhəlinin səhər saatlarında paytaxt Vyanadan təxminən bir saatlıq uzaqlıqdakı Aşağı Avstriya bölgəsində saxlanıldığını bildirib.
"19 yaşındakı cinayətkarın Vyanadakı Taylor Svift konsertlərinə fokuslandığını gördük və şübhəlinin evində kimyəvi maddələrin ələ keçirilib”- deyə Baş direkyor Ruf əlavə edib.
Qeyd edək ki, Vyanada şübhəli şəxslə əlaqədə olduğu güman edilən ikinci şəxs də saxlanılıb.
İlkin istintaqın nəticələrinə görə, hər iki şübhəli internetdə terror təşkilatına rəğbət bəsləyən şəxslər kimi müəyyən edilib.
Mehriban Mirzəzadə Demokrat.az


