Dünya

Putin Kurskda baş verənləri şərh edib

Putin Kurskda baş verənləri şərh edib

Rusiya prezidenti Vladimir Putin ilk dəfə Kursk vilayətinin sərhədyanı rayonlarında bir gün əvvəl başlayan döyüşlərə münasibət bildirib.

Demokrat.azBBC-yə istinadən xəbər verir ki, o, Rusiya hökumətinin toplantısını keçirib.

Putin bundan sonra hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüş keçirməyi planlaşdırır.

“Bildiyiniz kimi, Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb. O, müxtəlif növ silahlardan, o cümlədən raketlərdən mülki binalara, yaşayış binalarına və təcili yardım maşınlarına fərq qoymadan atəş açır”, - Putin iddia edib.

Ukrayna Kursk vilayətində gedən döyüşləri şərh etmir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bir gün əvvəl Sudja yaxınlığında baş verənləri şərh etmək xahişinə cavab olaraq BBC-yə bildirib: “Hələ bu barədə məlumatımız yoxdur”.

D
demokrat.az