Almaniyanın qərbində otelin qismən çökməsi nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə Trier polisi məlumat yayıb.
Məlumata görə, hadisə səhər saatlarında Trierdən 50 km şimal-şərqdə yerləşən Reynland-Pfalts federal əyalətinin Kroef kəndində baş verib. Polis bildirib ki, binanın mərtəbələrindən birinin dayaqları uçub. Hadisə zamanı oteldə 14 nəfər olub, onlardan 5-i dağıntılar altından çıxa bilib.
Digər iki nəfər isə ölüb, üç nəfər hələ də dağıntılar altındadır.
Qeyd edək ki, hadisə yerində 250-yə yaxın polis, yanğınsöndürmə və xilasetmə xidmətlərinin əməkdaşları, həmçinin tibb işçiləri cəlb edilib. Hadisənin başvermə səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mehriban Mirzəzadə Demokrat.az


