Daxili siyasət

Məhkəmə Ekspertizası Şurası yaradıldı

Məhkəmə Ekspertizası Şurası yaradıldı

Azərbaycanda Məhkəmə Ekspertizası Şurasının yaradılıb.

Demokrat.azxəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda məhkəmə ekspertizası sahəsində (bundan sonra – müvafiq sahə) dövlət idarəetməsinin və tənzimləməsinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinin təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə məşvərətçi əsaslarla fəaliyyət göstərən Məhkəmə Ekspertizası Şurasının yaradılması qeyd olunub.

Şuranın sədri

Azərbaycan Respublikasının ədliyyə naziri

Şuranın üzvləri:

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Azərbaycan Respublikası Baş prokurorunun müavini Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini.

D
demokrat.az