Dünya Özəl

Bu ölkə parlamenti buraxdı

Bu ölkə parlamenti buraxdı

Banqladeş Prezidenti Şahabuddin Çuppu Baş nazir Şeyx Hasinanın istefasından sonra müvəqqəti hökumət qurmaq üçün parlamenti buraxıb.

Demokrat.az xəbər verir ki, bu barədə müvafiq qərar dövlət başçısının administrasiyasının yaydığı press-relizdə yer alıb.

“Prezidentin silahlı qüvvələrin üç qolunun rəhbərləri, müxtəlif siyasi partiyaların rəhbərləri, vətəndaş cəmiyyəti nümayəndələri və tələbələrin görüşündən sonra qəbul edilən qərara əsasən, milli parlament buraxılıb”, - məlumatda qeyd edilib.

Yeni parlament seçkilərinin dəqiq tarixi hələ açıqlanmayıb.

Mehriban Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova