Dünya Özəl

Çində torpaq sürüşdü — ölənlər var

Çində torpaq sürüşdü — ölənlər var

Şərqi Asiya ölkəsi Çinin Sıçuan əyalətində leysan yağışların səbəb olduğu sürüşmə nəticəsində 2 nəfər ölüb, 17 nəfər itkin düşüb.

Demokrat.az xəbər verir ki, Kanqdinq və Yaan şəhərlərini birləşdirən körpü güclü yağışlar nəticəsində uçub.

Körpüdə olan 3 avtomobilin magistral yoldan aşdığı hadisədə avtomobillərdə olan 6 sərnişindən 1-i xilas edilib.

Digər 5 sərnişinin axtarış-xilasetmə işləri davam edir.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova