Dünya Özəl

Mossad Haniyəni öldürmək üçün iranlı mühafizəçilər tutub — İDDİA

Mossad Haniyəni öldürmək üçün iranlı mühafizəçilər tutub — İDDİA

Britaniyanın “The Telegraph” qəzeti İranın paytaxtı Tehranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı mübahisəli iddia ilə çıxış edib.

Demokrat.az xəbər verir ki, iddiaya görə, İsrailin kəşfiyyat təşkilatı Mossad Haniyəni öldürmək üçün iranlı təhlükəsizlik işçiləri tutub.

“The Telegraph”ın əldə etdiyi məlumata görə, Mossadın planı may ayında İranın keçmiş prezidentinin dəfn mərasimində Haniyəni öldürmək olub.

Lakin böyük izdiham və əməliyyatın uğursuzluqla nəticələnməsi ehtimalı səbəbindən bu plan həyata keçirilməyib.

Əvəzində iki iranlı agent Həniyənin qaldığı Tehranın şimalında İslam İnqilabı Keşikçiləri Korpusunun mehmanxanasında üç fərqli otağa partlayıcı qurğu yerləşdirib.

Agentlər partlayıcıları uzaqdan işə salaraq Haniyənin qaldığı otaqda partlayış törədiblər.

Partlayış nəticəsində Haniyə həyatını itirib.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova