Ankarada Türkiyə və Ukraynanın müdafiə nazirləri Yaşar Gülər və Rüstəm Umerov arasında danışıqlar aparılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi X-də məlumat yayıb.
Umerovun Türkiyəyə səfəri çərçivəsində avqustun 1-də Ukrayna Hərbi Dəniz Qüvvələri üçün “Getman İvan Vıqovski” adlı ikinci gəminin suya buraxılması mərasimi keçirilib.
Ukraynalı nazir bundan əvvəl may və iyun aylarında Türkiyəyə səfər edib. Bütün görüşlər mətbuata qapalı keçirilib.
Mehriban Mirzəzadə Demokrat.az


