Dünya

Rusiyada bina uçub, xəsarət alanların sayı 20 nəfərə çatıb

Rusiyada bina uçub, xəsarət alanların sayı 20 nəfərə çatıb

Nijni Tagildə evin bir hissəsinin uçması nəticəsində 9-u uşaq olmaqla 20 nəfər xəsarət alıb.

Demokrat.azxəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyinin teleqram kanalında məlumat verilib.

“Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatlarına görə, qəza nəticəsində 20 nəfər xəsarət alıb, onlardan 9-u uşaqdır. Həmçinin 5-i uşaq olmaqla 11 nəfər Yekaterinburq və Nijni Tagil şəhərlərindəki xəstəxanalara yerləşdirilib. Regional Səhiyyə Nazirliyinin mətbuat xidməti əlavə edib ki, xəsarət alan bir qız Nijni Taqil Uşaq Şəhər Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır.

NE
Nihadə Eyyubova