Venesuelada seçkilərdən sonra siyasi böhran və etirazlar davam edərkən, amerikalı milyarder İlon Maskla Venesuela prezidenti Nikolas Maduro arasında söz savaşı gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, Venesuela prezidenti İlon Maskı iyulun 28-də keçirilən seçkilərə “hack” etməklə ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib.
Maduro çıxışında onun hökumətinə qarşı “çirkin” media kampaniyasının aparıldığını vurğulayaraq İlon Maskı “yeni əzəli düşmən” elan edib. Maduro: “Döyüş istəyirsən? O zaman bunu edək. İlon Mask, mən hazıram. Səndən qorxmuram, İlon Mask. Harada istəyirsən döyüşərik" deyib.
Mask, ölkəsində vətəndaş müharibəsinin başlamasına icazə verməyəcəyini bildirərək onu hədəfə alan Venesuela prezidenti Maduroya cavab verib.
Mask öz X hesabında "Sənin üçün gəlirəm, Maduro. Səni eşşəklə Gitmoya aparacağam" deyib.
Qeyd edəki ki, Gitmo Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kubadakı Quantanamo həbsxanasının ləqəbidir.
Mask ayrıca Maduro ilə ayrı bir postda üzləşmək təklifini də qəbul edib.
Mask başqa bir paylaşımında "Mən qalib gəlsəm, o, Venesuela diktatoru olaraq istefa verəcək. O, qalib gəlsə, onu pulsuz Marsa aparacağam" deyib.
Milli Seçki Şurası (CNE) Maduronun seçkilərdə qalib gəldiyini elan etdikdən sonra Elon Musk X-də Maduronu “diktator” adlandıran bir paylaşım edib. Mask həmçinin ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) 2020-ci ildə Maduroya qarşı narkotik alverinə görə cinayət ittihamı ilə bağlı elanını da öz postuna əlavə edib.
Əfsanə Rəcəb Demokrat.az


