Dünya Özəl

Tramp həyatını xilas edən qadına: “O, kompüter dahisidir”

Tramp həyatını xilas edən qadına: “O, kompüter dahisidir”

ABŞ-ın keçmiş prezidenti və prezidentliyə namizəd Donald Tramp çərşənbə günü sui-qəsdə uğradığı Pensilvaniya ştatının Harrisburq şəhərində keçirilən mitinqdə çıxış edərkən qulağından güllə yarası alan zaman nəzərdə tutduğu qrafikləri hazırlayan qadına həyatını qurtardığını söyləyərək təşəkkür edib.

Demokrat.az xəbər verir ki, Tramp sui-qəsd anında həyatını xilas edən dönüş hərəkətini etdiyi məşhur səhnəni gündəmə gətirib.

O, çıxışında “Bilirsiniz, bu cədvəl mənim həyatımı xilas etdi. O qrafik haradadır? Mən bu qrafiki sevirəm” deyən Tramp, “Həyatımın geri qalanını o qrafikə əsasən yatacağam. Həmin qrafik... Bilirsiniz, təəccüblü nədir? Kompüterləri və səhnə arxasındakı sahib olduğumuz bütün gözəl avadanlıqlarımızı idarə edən insanlar” ifadələrindən istifadə edib.

Tramp daha sonra sözügedən tablonu hazırlayan qadın haqqında danışaraq, onu “möhtəşəm” adlandırıb və qadını səhnəyə dəvət edib.

Tramp qadının qulağına nəsə pıçıldayıb və daha sonra mikrofona “O, kompüter dahisidir” deyib.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova