ABŞ axşam saatlarında pilotsuz uçuş aparatı (PUA) ilə İraqdakı Həşd əl-Şabi bazasına hücum edib.
Demokrat.az xəbər verir ki, dünən yerli vaxtla saat 22:00-da həyata keçirilən hücumda bir komandir də daxil olmaqla 4 Həşdi Şabi üzvü həyatını itirib.
İranın dəstəklədiyi Haşdi Şabiyə bağlı Əl-Cəzirə Əməliyyat Komandanlığından verilən açıqlamada, Bağdadın cənubunda yerləşən Babildəki 47-ci Briqadaya pilotsuz uçuş aparatı (İHA) vasitəsi ilə həyata keçirilən hücumda biri komandir olmaqla 4 Həşdi Şabi üzvünün həyatını itirdiyi bildirilib.
Açıqlamada, “ABŞ qüvvələrinin müdafiə və təhlükəsizlik kimi milli və mənəvi vəzifələrini yerinə yetirən Həşdi Şabi qüvvələrinə hücum etməsi düşməncəsinə yanaşmalarının hələ də davam etdiyini göstərir” deyilib.
Zəhra Məmmədova Demokrat.az


