Dünya Özəl

İsrail Hizbullah komandirini hədəf aldı

İsrail Hizbullah komandirini hədəf aldı

Livanın paytaxtı Beyrutun Dahiye bölgəsində şiddətli partlayış baş verib.

Demokrat.az xəbər verir ki, İsrail ordusu açıqlama verərək partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Ordudan verilən yazılı açıqlamada, 12 nəfərin həyatını itirdiyi Məcdel Şəmsin və çox sayda israillinin ölümündən məsul olduğu iddia edilən bir Hizbullah komandirinin hədəf alındığı bildirilib.

Hədəf alınan Hizbullah komandirinin adı və hücumun necə həyata keçirildiyi barədə təfərrüatlar verilməyib.

Hadisə yerində böyük panika yaşanıb.

Əfsanə Rəcəb Demokrat.az

NE
Nihadə Eyyubova