İsrailin xarici işlər naziri İsrael Katz NATO-nu Türkiyəni alyansdan çıxarmağa çağırıb.
Demokrat.az xəbər verir kiŞ bu barədə “Cumhuriyyət” qəzeti məlumat yayıb.
"Türkiyə prezidenti Ərdoğanın işğal təhdidləri və təhlükəli ritorikası fonunda Xarici İşlər Naziri İsrael Katz (İsrailli) diplomatlara dərhal bütün NATO üzvləri ilə əlaqə saxlamağı tapşırıb. Katz Türkiyəni qınamağa çağırır. O, həmçinin Türkiyənin NATO-dan çıxarılmasını tələb edir",m – deyə məlumatda qeyd edilib.
Katz eyni açıqlamada , "Türkiyə İsrailə qarşı terror hücumlarından məsul olan HƏMAS-ın qərargahına ev sahibliyi edir. Türkiyə də HƏMAS, Hizbullah və Yəməndəki Husilərlə birlikdə İranın şər oxunun üzvü olub", - deyə ifadələr səsləndirib.
Qeyd edək ki, Türkiyə 1952-ci ildən NATO üzvüdür. İsrail alyansın üzvü deyil, lakin 20 ildən artıqdır ki, Aralıq dənizi dialoqu mexanizmi vasitəsilə NATO-nun fəal tərəfdaşıdır.
Mehriban Mirzəzadə Demokrat.az


